Qarabağın sülh yolu ilə həlli prosesi yenidən başlaya bilər
13:37 11 Yanvar 2019
Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasındakı ritorikada gərginliyin azalması müşahidə olunur və bu da sülh prosesinin yenidən başlanmasını mümkün edir.
Femida.az xəbər verir ki, bunu report-a açıqlamasında Cənubi Qafqaz regionu üzrə ekspert, britaniyalı jurnalist Tomas de Vaal bildirib.
O, münaqişənin həlli ilə bağlı vəziyyətin inkişaf etdiyini deyib: "Münaqişə tərəfləri arasında kəskin ritorikanın müəyyən dərəcədə azalmasını görürəm. Ermənistanın yeni hökuməti münaqişənin həlli ilə bağlı düşüncələrini yeniləyə bilər. Tərəflər arasında təmaslar artıb. Lakin təəssüflər olsun ki, hər iki tərəfin mövqeyi dramatik dərəcədə bir-birinə əksdir. Mövqelər bir-birindən olduqca uzaqdır. Münaqişənin həllinə hələ böyük yol var".
Tomas de Vaal Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə həll olunmasının tərəfdarı olduğunu vurğulayıb.
Femida.az
Oxunub: 517
Oxşar xəbərlər
- Qarabağın ilk hava limanında işləmək üçün vakansiya
- Qarabağın yenidən qurulmasına 372 milyon manat xərclənib
- Qarabağın turizm potensialı Dubayda nümayiş olunur
- Qarabağın Azərbaycanlı İcması adını dəyişdi
- Qarabağın çaylarında 13 avtomat hidroloji stansiya quraşdırılacaq
- Qarabağın turizm potensialı ilə bağlı konsepsiyalar hazırlanır
- Qarabağın azərbaycanlı icmasından Prezidentə təbrik
- Qarabağın tarixi ilə bağlı sənədli filmlər hazırlanacaq
- Qarabağın azərbaycanlı icmasından beynəlxalq təşkilatlara MÜRACİƏT
- Qarabağın azərbaycanlı icmasının sədri diplomatlarla görüşüb