Rusiyada iki məmur öldürüldü


00:35     20 Oktyabr 2015 1063050173.jpg

Rusiyada dəhşətli qətl hadisəsi törədilib.

Femida.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə bu gün yerli vaxtla

14:00 da baş verib. Belə ki, Moskva vilayətinin Krasnoqorsk şəhərində mer müavini Yuriy Karaulov və şəhərin elektrik şəbəkəsinin rəhbəri Qeorqiy Kotlyarenko birgə nahar edən zaman iş otağında güllələniblər. Hər iki şəxs aldığı güllə yaralarından elə hadisə yerində keçinib.

Qətli törətməkdə şübhəli bilinən şəxsin artıq kimliyi də müəyyənləşib. Onun şəhərdə tikinti biznesi ilə məşğul olan iş adamı olduğu bildirilir. Eyni zamanda onun tək olmadığı da ehtimal edilir. Çünki, biznesmeni avtomobildə gözləyən şəxslərin olduğu iddia edilir. Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1136