Sədr güney azərbaycanlılarla bağlı suala cavab verdi
15:04 11 Yanvar 2019
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Femida.az-ın sualını cavablandırıb.
2018-ci ildə görülən işlərin hesabatı ilə bağlı keçirilən mətbuat konfransında sədr “Bəzi Cənubi Azərbaycan vətəndaşları 10 ilə yaxındır ki, Azərbaycan vətəndaşlərı ilə evli olsalar da, vətəndaşlıq ala bilmirlər. Bunun səbəbi nədir?” sualına belə cavab verib:
“Ümumiyyətlə heç bir ölkə vətəndaşına dissimlyasiya tətbiq olunmur. Etnik olaraq qanunvericilikdə heç bir fərq qoyulmur. Hər bir şəxsə qanunvericilik əsasında yanaşırıq, eləcə də İran vətəndaşlarına. Azərbaycan vətəndaşlığı almaq üçün şərt budur ki, həmin şəxs Azərbaycanda 7 il yaşamalıdır. Bunun üçün o iki dəfə 5 illik daimi yaşamaq icazəsi almalıdır. Ümumikdə 7-ci ilin tamamında o Dövlət Miqrasiya Xidmətinə müraciət edir. Sənədləri tərəfimizdən qəbul olunur. Daha sonra baxılması üçün Vətəndaşlıq Məsələləri Komissiyasına göndərilir. Yəni onlar müəyyən edilmiş müddəti gözləməklə vətəndaşlıq ala bilərlər”.
Amin Nəzərli
Femida.az
Oxunub: 845
Oxşar xəbərlər
- Vüsal Hüseynov əhaliyə müraciət edib
- Vüsal Hüseynov: "Ötən il 145 nəfər xarici ölkələrdən readmissiya olunub"
- Vüsal Hüseynov və Vladimir Georgiyevin birgə müraciəti - VİDEO
- Vüsal Hüseynov Vyana Miqrasiya Konfransında iştirak edir
- Vüsal Hüseynov vətəndaşların videoqəbulunu keçirəcək
- Vüsal Hüseynovun təqdimatında vebinar keçirildi
- Miqrasiya idarəçiliyi pandemiya sınağında - Vüsal Hüseynov yazır
- Vüsal Hüseynov: “Readmissiya prosesi bütün dünyada dayandırılıb”
- “Ölkədə olma müddəti bitənlərə cərimə tətbiq edilmir” - Vüsal Hüseynov
- Vüsal Hüseynov: "Azərbaycanda 539 Çin vətəndaşı var"