Ümumxalq Hüzn Günü - Məktəblərdə xüsusi dərslər keçiriləcək
16:16 11 Yanvar 2019
Yanvarın 18-də ümumi təhsil müəssisələrində 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş xüsusi dərslər keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Femida.az-a verilən məlumata görə, Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planı”na əsasən tədris olunacaq dərslər şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların layiqli vətəndaş kimi yetişdirilməsinə xidmət edir.
Dərslərdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
Dərsləri tədris edən müəllimlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş vəhşiliklərdən, insanlığa qarşı yönəlmiş hadisələrin acı nəticələrindən söhbət açacaqlar. Eləcə də 20 Yanvar hadisələrinin tarixindən, şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən bəhs olunacaq.
Ənənəvi olaraq, 20 Yanvar hadisələrinin ildönümü ərəfəsində məktəblərin pedaqoji kollektivləri və şagirdlər Şəhidlər xiyabanını daha intensiv ziyarət edirlər.
Femida.az
Oxunub: 435
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"