Vergi ödəyicilərinin nəzərinə! - Hesabatlar sabah da qəbul olunacaq


16:26     11 Yanvar 2019 vergi.jpg

Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət edib.


Nazirlikdən Femida.az-a verilən məlumata görə, müraciətdə Vergilər Nazirliyinin vergi ödəyicilərinə xidmət mərkəzlərinin həftənin şənbə günü, 12 yanvar 2019-cu il tarixdə, saat 10:00-dan 14:00-a qədər fəaliyyət göstərəcəyi qeyd olunub.

Həmin gün xidmət mərkəzlərində yalnız “Məcburi dövlət sosial sığortası üzrə” və “İşsizlik sığortası üzrə” rüblük hesabatlar və vergi bəyannamələrinin təqdim edilməsi ilə bağlı köməklik göstəriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 460