Ermənistanın sabiq müdafiə nazirinə qarşı cinayət işi açıldı


16:31     11 Yanvar 2019 19_01_11_1547209902.jpg


Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı cinayət işi açılıb. Femida.az erməni KİV-ə istinadən xəbər verir ki o, 2008-ci ilin martında İrəvanda yaşanan qanlı hadisələrə görə günahlandırılır.

Ermənistan hökuməti xəbərlə bağlı hər hansı rəsmi açıqlama yaymayıb. Onun hansı maddələr üzrə təqsirləndirildiyi açıqlanmır. Lakin Ohanyanın ölkədə n çıxışına qadağa qoyulub.

Seyran Ohanyan 2008-ci ilin martında Ermənistanda Ordusunun Baş Qərargah Rəisi olub. 14 aprel 2008-ci ildə Müdafiə Naziri vəzifəsinə təyin edilib.

Sözügedən hadisələrlə bağlı dövrün prezidenti Robert Koçaryana və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sabiq baş katibi Yuri Xaçaturova qarşı cinayət işi açılıb.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #Ermənistan   #müdafiə   #nazir   #cinayət   #Ohanyan  

Oxunub: 627