1 azərbaycanlını öldürən və 10-nu yaralayan sürücü azadlığa buraxılıb


16:43     11 Yanvar 2019 korrupsiyaya-qarsi-idare-vezifeli-qadini-hebs-etdi.jpg

Gürcüstan paytaxtı Tbilisinin Çavçavadze prospektində bir azərbaycanlının ölümü, 10-nun isə xəsarət alması ilə nəticələnən yol qəzası törədən təcili tibbi yardım maşınının sürücüsü Şarden Onianinin işi üzrə məhkəmə iclası keçirilib.


"Report"un Gürcüstan bürosu xəbər verir ki, sürücü 5 min lari girov müqabilində azadlığa buraxılıb.

Şarden Onianinin vəkili bildirib ki, qrip virusu ilə bağlı təcili tibbi yardıma çağırışların sayı artdığından müdafiə etdiyi şəxs həddindən artıq yorğun ola bilərdi. O, sürücünün fizioloji vəziyyətinin yoxlanılması məqsədilə ekspertizanın keçirilməsini tələb edib.

İş üzrə məhkəmənin növbəti iclası fevralın 28-nə təyin olunub.

Açar sözlər:

Oxunub: 333