Metronun qarşısında baş verən dəhşətli qətlin TƏFƏRRÜATI:"Qızın çiynindən düşən şalı..." (YENİLƏNİB)


17:22     11 Yanvar 2019 2019/01/qetl_11544280026_1547211095.jpg

Bakıda dəhşətli qətlə hadisəsi baş verib.

Bu barədə Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasından Baku.ws-ə məlumat verilib.

Hadisə şahidləri təcili yardıma zəng vuranda əraziyə həkimlər cəlb olunub. Lakin həkimlər gələnə qədər gənc oğlan dünyasını dəyişib.

Cinayət Nizami metro stansiyası yaxınlığında, Salatın Əsgərova küçəsi 64 ünvanın qeydə alınıb.

***

Hadisə ilə əlaqədar Yasamal rayon Polis İdarəsi 27-ci polis bölməsindən verilən məlumata görə, hadisə ilə bağlı təcili tibbi yardımdan məlumat verilib. Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.





Hadisə şahidləri bildirirlər ki, öldürülən gənc yenicə əsgərlikdən gəlibmiş. Öldürülən gənc 22 yaşlı Emin Şəmiyevdir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Yenilənib***
Yenicag.az-ın hadisə yerində olan əməkdaşının sözlərinə görə, bıçaqlanan şəxs qanaxmadan hadisə yerindəcə keçinib.

Şahidlərin verdiyi məlumata görə, bıçaqlanmaya metronun içərisində baş verən mübahisə səbəb olub. Belə ki, bir qızın çiynindən düşən şalı yaşlı bir kişi götürdükdə cinayəti törədən şəxs və onun dostu gülməyə başlayıb. Öldürülən şəxs isə onların gülməsinə iradını bildirib və tərəflər arasında mübahisə düşüb.

Metrodan çıxdıqdan sonra tərəflər arasındakı sözlü mübahisə əlbəyaxa davaya çevrilib. Nəticədə ürək nahiyəsindən bir bıçaq zərbəsi alan gənc yerindəcə dünyasını dəyişib.

Əldə etdiyimiz məlumata görə, ölən şəxs Sabirabad rayonundandır və tələbədir.


Açar sözlər:

Oxunub: 2441