Ermənistanda “donuz qripi”ndən ölüm halı qeydə alındı


17:13     11 Yanvar 2019 19_01_11_1547212434.jpg

Bu il Ermənistanda “donuz qripi”ndən ölüm halı qeydə alınıb.

Femida.az News.am-a istinadən istinadən xəbər verir ki, bununla bağlı Ermənistan Xəstəliklərin Profilaktikası və Nəzarət üzrə Milli Mərkəzinin direktoru Artavazd Vanyan mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, ölən qadında müxtəlif xroniki xəstəliklər aşkarlanıb.

O bildirib ki, hazırda 693 nəfər stasionar şəraitdə qripdən müalicə alır. Bəzi xəstələrin vəziyyətləri ağır olduğu üçün reanimasiyaya yerləşdirilib.

Gürcüstanda “donuz qripi”ndən ölüm hallarına diqqət yetirən Vanyan qeyd edib ki, hazırda Ermənistan-Gürcüstan sərhədinin karantin tədbirlərinin həyata keçirilməsi üçün bağlanmasına ehtiyac yoxdur.

Açar sözlər:

Oxunub: 407