Suriyaya qayıdan qaçqınların sayı açıqlandı


19:28     11 Yanvar 2019 2019/01/suriya_1547215808.jpg

Son sutka ərzində Livan və İordaniya ərazisindən Suriyaya 800-dən artıq qaçqın qayıdıb.



Bu barədə Rusiyanın Suriyada Münaqişə Tərəflərini Barışdırma Mərkəzindən məlumat verilib.

“Son sutka ərzində Suriya Ərəb Respublikasına xarıci dövlətlər ərazisindən 811 qaçqın geri dönüb. Bunlardan 74 nəfəri “Cəydəd Yəbus” və “Təl Kəlləh” sərhəd keçid məntəqəsini keçməklə Livandan, 737 nəfər isə “Nəsib” sərhəd keçid məntəqəsini keçməklə İordaniya ərazisindən qayıdıb”, - deyə məlumatda bildirilir.

Suriya ərazisində son sutka ərzində 298 vətəndaşın daimi yaşayış yerlərinə geri döndüyü qeyd edilir..

Femida.az

Açar sözlər:

Oxunub: 417