Naxçıvan Şəhər Məhkəməsinə sədr təyin edilib


18:12     11 Yanvar 2019 prezident26.jpg

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının bir sıra birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.


Femida.az-ın məlumatına görə, sərəncamla Polad Vəli oğlu Həsənov Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilib.

Qabil Neymət oğlu Məmmədov Naxçıvan Şəhər Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilib.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Femida.az

Açar sözlər:

Oxunub: 644