Gömrük Komitəsi büdcəyə 3,4 milyard manat köçürüb


09:21     12 Yanvar 2019 19_01_12_1547270640.jpg

Ötən il dövlət büdcəsinə 3 milyard 434 milyon manat gömrük ödənişi köçürülüb.


Femida.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Onun sözlərinə görə, 2018-ci ildə ölkə iqtisadiyyatının inkişafında və büdcənin gəlirlər hissəsinin formalaşmasında xüsusi rola malik olan Dövlət Gömrük Komitəsi idxal-ixrac əməliyyatları üzrə vergitutma bazasını düzgün müəyyənləşdirməklə dövlət büdcəsinə 3 milyard 434 milyon manat gömrük ödənişinin köçürülməsini təmin edib. İlin əvvəlində nəzərdə tutulan proqnozla müqayisədə 1 milyard 4 milyon manat və ya 141 faiz artıq gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb.

Femida.az

Açar sözlər: #DGK   #Gömrük  

Oxunub: 356