Qaradağda vaqon və köşk yanıb


11:02     12 Yanvar 2019 yangin_386736368.jpg

Bakıda yanğın faktı qeydə alınıb.

Femida.az-a FHN-dən verilən məlumata görə, paytaxtın Qaradağ rayonunda ümumi sahəsi 20 m² olan dəmir konstruksiyalardan ibarət vaqonun içərisindəki əşyalar və bitişik ümumi sahəsi 20 m² olan köşkün yanar konstruksiyaları yanıb. Məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 355