72 yaşlı kişini intim münasibət vədi ilə aldadıb pulunu aldılar - Polis qadınları axtarır


11:20     12 Yanvar 2019 19_01_12_1547277586.jpg


72 yaşlı kişi iki qadın tərəfindən intim münasibət vədi ilə aldadılıb. Femida.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Aydın bölgəsində yaşanıb.

İki qadın günorta saatlarında Atatürk Meydanında Mehmet adlı qocaya yaxınlaşaraq ondan yol soruşublar. Daha sonra söhbət əsnasında ona intim münasibət təklif ediblər. Qarşılığında isə kişidən 500 lirə pul istəyiblər. 72 yaşlı qoca qadınların təklifi ilə razılaşıb və pulu onlara verib. Daha sonra qadınlar “mağazadan bir şey alıb gəlirik” deyərək hadisə yerindən uzaqlaşıblar. Bir müddət gözləyən kişi qadınların gəlmədiyini görüncə aldadıldığını anlayıb və polisə müraciət edib.

Aydın polisi qadınları tapmaq üçün işə başlayıb.

Femida.az

Açar sözlər: #Türkiyə   #qadın   #polis   #intim  

Oxunub: 1288