“Yaşıl dəhliz” fevralın 1-dən tətbiq ediləcək


12:16     12 Yanvar 2019 2019/01/135A0192_1547281037.jpg


Dövlət Gömrük Komitəsində xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası qaydası ilə bağlı görüş təşkil olunub.


Komitədən Femida.az-a verilən məlumata görə, tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin müavinləri, baş idarə rəisləri, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Dünya Bankının, Azərbaycanda Amerika Ticarət Palatasının nümayəndələri və sahibkarlar iştirak ediblər.

Görüşün əsas məqsədi “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun əldə edilməsinə dair müraciət formasının doldurulması qaydası barədə biznes subyektlərini bilgiləndirmək olub.

Bununla bağlı çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayil Hüseynov bildirib ki, bu il fevralın 1-dən “Yaşıl dəhliz” buraxılış sistemi tətbiq ediləcək.

Diqqətə çatdırılıb ki, bu addımda məqsəd idxal-ixrac əməliyyatlarında qanunvericiliyə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaratmaq, gömrük sərhədindən mal dövriyyəsinin sürətləndirilməsini təmin etmək, xarici ticarət iştirakçılarında könüllü riayət mədəniyyətini formalaşdırmaq, risk qiymətləndirilməsi əsasında gömrük nəzarəti formalarını tətbiq etmək, gömrük nəzarətini daha çevik və şəffaf həyata keçirmək, eləcə də idxal-ixrac əməliyyatlarında məmur-sahibkar münasibətlərini müasir idarəçilik prinsipləri əsasında qurmaqla beynəlxalq ticarəti asanlaşdırmaqdır.

Femida.az

Açar sözlər:

Oxunub: 500