Ötən gün cinayət statistikası, 47 nəfər saxlanılıb


13:14     12 Yanvar 2019 cinayet5.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 146 cinayət faktı qeydə alınan, onların da 29-u “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış 22 cinayətin açılması təmin olunub.Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 21 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 408