Sumqayıtda ana və oğlu faciəvi şəkildə öldü


15:15     12 Yanvar 2019 1425050772_tecili-yardim-m.jpg

Sumqayıt şəhəri Corat qəsəbəsində dəm qazı iki nəfərin ölümünə səbəb olub.


Femida.az xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib.

Məlumata görə, ölən şəxslər bir ailənin iki üzvü - 1997-ci il təvəllüdlü Allahverdiyeva Gülan Rövşən qızı və övladı 2014-cü il təvəllüdlü Allahverdiyev Rəşad Bayramqulu oğludur.

İlkin ehtimallara görə, onlar evdə yatdıqları yerdə dəm qazından boğularaq ölüblər.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 379