Maşın oğruları saxlanıldı


13:47     12 Yanvar 2019 masin_ogrusu_018.jpg

Binəqədi RPİ 6-cı PB, Gəncə şəhər BPİ, Tovuz RPŞ və Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 6-da Binəqədi rayonu ərazisindən “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Göygöl rayon sakini, əvvəllər məhkum olunan Fərman Abdullayev saxlanılıb.

DİN-dən Femida.az-a verilən xəbərə görə, araşdırmalarla F.Abdullayevin qeyd edilən avtomobilin üzərinə özünə məxsus eyni markalı avtomobilin dövlət qeydiyyat nişanlarını bağlayıb satmaq məqsədi ilə Gəncə şəhərinin ərazisində tanışı, şəhər sakini, əvvəllər məhkum olunan Elnur Quliyevə verməsi, habelə dövlət qeydiyyat nişanlarını isə Kürdəmir rayonunun ərazisində tullaması, sonuncunun isə həmin avtomobili Tovuz rayon sakini, əvvəllər məhkum olunan İsa Əliyevə satması müəyyən edilib.

E.Quliyev Qusar rayonunun ərazisində, İ.Əliyev isə Tovuz rayonunun ərazisində saxlanılıb, qaçırılan “VAZ-2106” markalı avtomobil isə sonuncunun yaşadığı evin həyətində sökülmüş, ban və şassi nömrələri silinmiş vəziyyətdə tapılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 410