Məşəl Göygölə gətirildi


00:20     16 May 2015 94627.jpg

Bu gün birinci Avropa Oyunlarının məşəli Göygölə gətirilib.


Femida.az-ın məlumatına görə, Göygöl rayonunun Bayraq meydanında Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi olub. Şəhərin Heydər Əliyev prospektində əllərində gül-çiçək, üçrəngli Azərbaycan bayraqları tutmuş minlərlə rayon sakini yürüş iştirakçılarını alqışlarla qarşılayıb.

Avropa Oyunlarının rəmzi qapısında Göygöl rayon peşə məktəbinin bədən tərbiyəsi müəllimi Təhminə Əliyeva birinci Avropa Oyunlarının məşəlini qəbul edib. Sonra respublikamızı müxtəlif yarışlarda uğurla təmsil edən 10 idmançı məşəli Heydər Əliyev prospektindən keçməklə, Heydər Əliyev Mərkəzinin qarşısında qurulmuş səhnəyə gətirib. Buraya toplaşanlar Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları alqışlarla qarşılayıblar.

Şəhər 1 nömrəli orta məktəbin bədən tərbiyəsi müəllimi, idman ustalığına namizəd Vüqar İbrahimov səhnəyə qalxaraq məşəli alovlandırıb. Sonra məşəldən götürülmüş alovla yandırılan çıraq rayon sakinlərinə təqdim edilib. Bildirilib ki, bu çıraq ilk Avropa Oyunları başa çatana qədər Heydər Əliyev Mərkəzində yanacaq.

Sonra birinci Avropa Oyunlarının məşəli Gəncəyə yola salınıb.

Açar sözlər:

Oxunub: 479