Daha bir iranlı polkovnik öldürüldü


03:41     20 Oktyabr 2015 1142043_620x410.jpg


İran İnqilab Gözətçiləri Ordusunun zabiti Suriyada öldürülüb.

Femida.az İranın ABNA agentliyinə istinadən xəbər veror ki, "Ya Zəhra" taburunun komandiri, polkovnik Müslim Khizabin Suriyada vurulub.

İranda İmam Hüseyn Tümeninə bağlı taburda uzun müddət komandirlik edən Khizabin hərbi məsləhətçilik vəzifəsi üçün Suriyaya getdiyi qeyd olunub.

Qeyd edək ki, son iki həftədə bir general-mayor olmaqla, 5 İran İnqilab Gözətçiləri komandiri Suriyada öldürülüb.

Açar sözlər:

Oxunub: 1177