Azərbaycanda biabırçılıq: Əmi dediyi oğlan məktəbli qızı qaçırıb zorladı


18:43     12 Yanvar 2019 2019/01/1493467092_628x414xdbd632aa29_1547304412.png

Ucar rayonunda dəhşətli hadisə baş verib.


Femida.az xəbər verir ki, yanvar ayının 7-də 15 yaşlı məktəbli Minə adlı qız yaşlı kişi tərəfindən qaçırılaraq təcavüz edilib. Bu haqda məlumatı "Səni axtarıram" verilişində qaçırıldığı deyilən məktəblinin nənəsi Səadət xanım bildirib. İddiaya görə,Ucar rayonunun Bərgüşad kəndində yaşayan qız dərsdən çıxarkən 3 nəfər tərəfindən qaçırılıb. Məlumata görə, qızı qaçıran şəxsin 30 yaşı var.Nənəsinin verdiyi açıqlamaya görə, məktəbli qızı qaçıran şəxs atasının əmisi oğludur. Verilişə müraciət edən nənə hüquq mühafizə orqanlarına müraciət olunduğunu və ailəsinin qarşı tərəfdən təhdid olunduğunu bildirib.


Açar sözlər:

Oxunub: 2082