Ramil Usubov Daxili Qoşunların qarşısında tələblər qoydu
19:42 12 Yanvar 2019
Yanvarın 12-də Daxili İşlər Nazirliyində (DİN) Daxili Qoşunların 2018-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
DİN-nin mətbuat xidmətindən Femida.az-a daxil olan məlumata görə, müşavirədə çıxış edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov ötən hesabat ilində şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin yekunlarını yüksək qiymətləndirib, qarşıda duran vəzifələrdən danışıb, onların həlli yollarını göstərib, konkret tapşırıq və tövsiyələrini verib.
Nazir bu il Daxili Qoşunlarda bütün təşkilati tədbirlərin müəyyən edilmiş vaxtda keçirilməsinin, bu zaman qarşıya qoyulmuş xidməti-döyüş tapşırıqlarınınn layiqincə yerinə yetirilməsinin əhəmiyyətini vurğulayıb.
R. Usubov hərbi hissələrdə idarəçilik fəaliyyətinin, döyüş xidmətinin təşkilinin və aparılmasının, fiziki və döyüş hazırlığının daha da yüksəldilməsinin, ekstremal hallar da daxil olmaqla, onların polis əməkdaşları ilə bərabər istənilən əmr və göstərişlərin ən yüksək səviyyədə icrasına hər zaman hazır olmalarını tələb edib.
Oxunub: 372
Oxşar xəbərlər
- Ramil Səfərovun vəkili: "Ermənilər səs-küy qaldıraraq ikinci zabitimizi də məsuliyyətə cəlb etmək istəyirdi" (MÜSAHİBƏ)
- Ramil Usubovun oğlunun yerinə təyinat oldu
- Ramil Usubov İsrail səfirini qəbul edib
- Ramil Usubovun oğluna yeni vəzifə verilib - ƏMR
- Ramil Usubov özbəkistanlı həmkarı ilə görüşüb
- Ramil Quliyev Brüsseldə mövsümün ən yaxşı nəticəsini göstərdi
- Ramil Usubov və Vilayət Eyvazov yeni təyinatlardan sonra ilk dəfə birlikdə - VİDEO
- Ramil Usubov hüquq məzunlarının buraxılış müdafiəsində
- Ramil Usubov kollektivlə sağollaşıb, Vilayət Eyvazov nazir qismində təqdim edilir
- Ramil Usubovun təyin olunduğu qurum hansı işləri görür?