Bakıda qaçırılmış maşın Tovuzda sökülmüş vəziyyətdə tapıldı
20:05 12 Yanvar 2019
Binəqədi rayonu ərazisindən avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Binəqədi RPİ 6-cı PB, Gəncə şəhər BPİ, Tovuz RPŞ və Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 6-da Binəqədi rayonu ərazisindən "VAZ-2106" markalı avtomobili qaçırmaqda şübhəli bilinən Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş Fərman Abdullayev saxlanılıb.
Araşdırmalarla F.Abdullayevin qeyd edilən avtomobilin üzərinə özünə məxsus eyni markalı avtomobilin dövlət qeydiyyat nişanlarını bağlayıb satmaq məqsədi ilə Gəncə şəhərinin ərazisində tanışı, şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Quliyevə verməsi, habelə dövlət qeydiyyat nişanlarını isə Kürdəmir rayonunun ərazisində tullaması, sonuncunun isə həmin avtomobili Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş İsa Əliyevə satması müəyyən edilib.
E.Quliyev Qusar rayonunun ərazisində, İ.Əliyev isə Tovuz rayonunun ərazisində saxlanılıb, qaçırılmış "VAZ-2106" markalı avtomobil isə sonuncunun yaşadığı evin həyətində sökülüb, ban və şassi nömrələri silinmiş vəziyyətdə tapılıb.
Femida.az
Oxunub: 540
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb