Dağıstanda bir qrup terrorçu zərəsizləşdirilib


20:21     12 Yanvar 2019 dagistan.jpg

ötən gün Rusiya Federasiyasnın Dağıstan Respublikasının Qızıl-Yurt –Maxaçkala avtomagistralında (Kvakaz) “VAZ2107” avtomobilində olan bir qrup şəxs Yol Patrul Xidməti əməkdaşlarına hücum cəhdi həyata keçirib.

Cinayətkarların avtomobilinin təqibi zamanı onlara məxsus avtomobil Karabudaqkənd rayonunun Aqaçul kəndində aşkar edilib. Hüquq-mühafizə orqanlarının silahları qoyaraq, təslim olma çağırışına cinayətkarlar atəş açmaqla cavab veriblər. Silahlı toqquşma zamanı 3 nəfər zərəsizləşdirilib. Cinayətkarlara məxsus avtomobildən silah-sursat aşkar edilib.

Öldürülən şəxslərin radikal vəhabi təriqəti üzvləri olduğu qeyd edilir.




Femida.az

Açar sözlər:

Oxunub: 496