Şəmkirdə qəza - 4 nəfər yaralandı


22:54     12 Yanvar 2019 big_1405422456_qeza.jpg

Şəmkirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Şəmkir şəhərində, 2-ci küçə ərazisində baş verib.

İlkin məlumata görə, qəza zamanı aralarında körpə də olmaqla, dörd nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağır olduğundan Gəncə şəhərindəki özəl xəstəxanaların birinə göndərilib. Hazırda onların adları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Şəmkirdə baş verən yol qəzasında 2 nəfər ölüb.

Femida.az

Açar sözlər:

Oxunub: 375