Gəncəli qadın mədə ağrısı ilə xəstəxanaya getdi - 9 aylıq hamilə çıxdı


09:23     13 Yanvar 2019 klinika.jpg

Gəncədə qeyri-adi hadisə baş verib. Həkimə müraciət edən qadın 9 aylıq hamilə olduğunu öyrənib. 23 ildir ki, övlad sahibi ola bilməyən qadın sağlam qız uşağı dünyaya gətirib.

Femida.az xezerxeber.az-a istinadən bildirir ki, şəhər sakini, 42 yaşlı Afət Rəsulova yanvarın 10-da mədə ağrısı şikayəti ilə həkimə müraciət edib. Müayinələr zamanı isə qadın 9 aylıq hamilə olduğunu öyrənib.

23 ildir övlad sahibi ola bilməyən qadın ötən gün Gəncə Regional Perinatal Mərkəzdə sağlam qız uşağı dünyaya gətirib.

Hazırda ana və körpənin müalicəsi xəstəxanada davam etdirilir, vəziyyətləri normaldır.

Femida.az

Açar sözlər:

Oxunub: 879