Qəzaya uğramış yük maşınının sürücüsünə kömək etmək istəyənləri maşın vurdu: 2 ölü


12:11     13 Yanvar 2019 1359952125_qeza-avariya-main.jpg

Türkiyənin Konya şəhərində yük maşını qəzaya uğrayıb.

Femida.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, idarəetmənin itirilməsi səbəbindən aşan yük maşının sürücüsü yaralanıb.

Bildirilir ki, hadisənin şahidləri yaralı sürücüyə kömək etmək istəyərkən onları maşın vurub. İnsident nəticəsində yaralanan 5 nəfər hadisə yerinə gəlmiş təcili yardım briqadaları tərəfindən şəhərin müxtəlif xəstəxanalarına yerləşdirilib.

Məlumata əsasən, yaralananlardan 2-si xəstəxanayada dünyasını dəyişib. Yük maşınının sürücüsü və digər yaralanan 2 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Sürücüyə kömək etmək istəyən insanları vuran avtomobilin sürücüsünün spirtli içki qəbul etdiyi müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 376