Bu qadının qulaqları kişi səsini eşitmir – Nadir anomaliya


13:10     13 Yanvar 2019 19_01_13_1547370663.jpg

Qulaqlarında başlayan nadir anomaliya səbəbindən Çinin Syamin şəkərinin sakini Çen yalnız qadın səsini ayırd edib eşidir.


Medicina.az xəbər verir ki, bir səhər qadın sevdiyi kişinin səsini eşitmədiyinin fərqinə varır. Axşama doğru qulaqlarda cingilti və ürəkbulanma başlayır, qadın elə düşünür ki, yəqin xəstələnib, keçib gedər.

Lakin sabahı yenə də sevgilisinin səsini eşitməyən, amma küçədəki qadınların səsini duyduğunu görən qadın təcili həkimə gedir.
Otorinolarinqoloq əvvəl xəstəyə inanmasa da, pasiyentin otaqda olan qadının nə danışdığını eşitdiyini, lakin otağa daxil olan kişi həkimin nə dediyini eşitmədiyini gördükdə, xəstə digər mütəxəssislərin də müayinəsindən keçirilir.

Qadında dünyada nadir eşitmə anomaliyası olan aşağı tezlikli pozulması diaqnozu təsdiq olunur. Bu sindrom zamanı xəstə aşağı kişi səslərini eşitmir, amma yuxarı tezlikli qadın səslərində problem yaşamır. Qəfildən belə bir xəstəliyin yaranma səbəbi də qaranlıq qalır. Bir səbəb kimi fiziki və sinir yüklənməsi göstərilir. Görünür qadın çox işləyərək, eşitmə orqanını yükləmişdir. Həkimlər bu xəstəliyi müalicə etməyə çalışır.

Açar sözlər:

Oxunub: 544