Gürcüstandan Rusiyaya gedən yol yenidən bağlandı
14:03 13 Yanvar 2019
Gürcüstan-Rusiya sərhədində yük maşınlarının hərəkəti yenidən qadağan edilib.
Femida.az AzərTAc-a istiadən xəbər verir ki, buna səbəb güclü qar yağması, yolların buz bağlaması və Yuxarı Lars yolunda, xüsusən də bəzi tunellərə yaxın ərazilərdə qar uçqunu təhlükəsinin artmasıdır.
Hazırda yolda 100-ə yaxın yük avtomobili dayanıb. Yolun nə vaxt açılacağı məlum deyil.
Yüngül minik avtomobillərinin hərəkəti bərpa olunsa da, sərhəddə tıxac yaranıb. Rusiya tərəfi Gürcüstandan gələn avtomobilləri və sərnişinləri qrip virusu ilə əlaqədar yoxlayır, bəzi təhlükəsizlik tədbirləri həyata keçirilir.
Oxunub: 421
Oxşar xəbərlər
- Gürcüstandan iki nəfər Azərbaycan vətəndaşı deportasiya edilib
- Gürcüstandan daha 250 nəfər Azərbaycana təxliyə ediləcək
- Gürcüstandan daha 97 Azərbaycan vətəndaşı təxliyə edilir
- Gürcüstandan 178 Azərbaycan vətəndaşı təxliyə ediləcək
- Gürcüstandan Ermənistana növbəti cavab: “Xoşunuza gəlmirsə..."
- Gürcüstandan Azərbaycana 170 nəfər təxliyə edildi
- Gürcüstandan gələn avtomobillərdə siqaret və spirtli içkilər aşkarlanıb
- Gürcüstandan gələn avtomobilin yanacaq çənindən 800 ədəd pirotexniki vasitə çıxdı
- Gürcüstandan qanunsuz yolla gətirilən siqaretlər müsadirə edildi
- Gürcüstandan Azərbaycana gələn şəxsdən silah-sursat götürülüb