Diqqət: 10 ilin ən soyuq qışı olacaq
14:05 20 Oktyabr 2015
Dünya son 10 ilin ən soyuq qışını gözləyir.
Femida.az anspress-ə istinadən xəbər verir ki, bu haqda ABŞ Milli Okean və Atmosfer Agentliyi (NOAA) məlumat yayıb. Qurumun okean sularına baxaraq apardığı müşahidələr nəticəsində axırıncı dəfə 1997 – 98-ci ildə müşahidə olunan “Super El Nino” qasırğası bu qış da özünü göstərəcək. İntensiv qar, qasırğa, sel, torpaq sürüşməsi və quraqlığa səbəb olan “El Nino” bu qış dünyanın qütblərində pik həddə çatacaq. Xüsusilə yanvar və fevral aylarında dondurucu soyuqlar gözlənilir.
Digər tərtəfdən okean sularında temperaturun çoxalması ilə “El Nino”nun qütblərdəki bəzi buzalaqları əritdiyi, əriyən buzların küləyin də təsiri ilə dünyanın müxtəlif yerlərində sel və s. bu kimi təbii fəlakətlər yarada biləcəyi proqnozlaşdırılır.
İngiltərənin meteorologiya mütəxəssisləri bu il ABŞ və Avropanın şimalında güclü soyuqlar olacağını bildirir. ABŞ ilə Avropanın cənubu və Aralıq dənizi hövzəsində isə ilıq; amma fırtına, qasırğa, sel kimi təbii fəlakətlərin daha intensiv olacağı, həmçinin rütubətli qış olacağı gözlənilir.
Oxunub: 1564
Oxşar xəbərlər
- "Bakmil"ə gedənlərin nəzərinə
- Daha bir avtobus qəzası - Piyada öldü
- 14 yaşlı qız itkin düşüb - FOTO
- Azərbaycanlı iş adamından 500 minlik DƏLƏDUZLUQ
- Ərəblərin Qəbələ sevgisi - BƏƏ-dən birbaşa reys açıldı
- Özünü qatarın altına atıb öldürən gəncin FOTOLARI + VİDEO
- İşsizlərə ŞAD XƏBƏR!
- `Ölüm son deyil...` - İntihar edən şairin son şeiri və FOTOLARI
- Sarkisyan xəstəxanaya yerləşdirildi
- Salatın Əsgərovanı qətlə yetirən ermənilər kimlərdir? -ADLAR