Şəkidə ər arvadını namaz qılarkən bıçaqladı - Məhkəməsi başladı


10:24     14 Yanvar 2019 1442557655_mehkeme-zali.jpg

Şəki Ağır Cinayətlər Məhkəməsində Ağsuda arvadını öldürməyə cəhddə təqsirləndirilən Namiq Həsənovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.


Femida.az-ın report-a istinadən xəbərinə görə, hakim Rəşid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası yanvarın 17-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin yayında Ağsu rayonunun Qaraqaşlı kəndində baş verib. Kənd sakini, 1988-ci il təvəllüdlü N.Həsənov həyat yoldaşı, 1992-ci il təvəllüdlü Həsənli Şəbnəm Qaçay qızını bıçaqlayıb. Yaralı təcili tibbi yardım stansiyasının avtomobili ilə Ağsu Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.


Ailə üzvlərinin bildirdiyinə görə, qadın namaz qılarkən kişi arxadan ona qəflətən hücum edərək bıçaqlamağa başlayıb. Hadisəni törədən şəxs qaçsa da, polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 617