Ermənistandakı hərbi bazaya göndərilən general Rüstəm Muradov kimdir? +VİDEO


10:35     14 Yanvar 2019 19_01_14_1547447938.jpg

Rusiya prezidenti Vladimir Putin Rusiya Qəhrəmanı, general-mayor Rüstəm Muradovu Cənub Hərbi Dairəsinin komandanının müavini vəzifəsinə təyin edib.



Femida.az xəbər verir ki, bu haqda Rusiya Cənub Hərbi Dairəsi mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Rusiya dövlət başçısı ötən il dekabrın 25-də müvafiq fərman imzalayıb.

Bəs general Rüstəm Muradov kimdir?




Rüstəm Muradov Rusiya ordusunun kifayət qədər məşhur generalıdır, Dağıstanda anadan olub. Çeçenistan hərbi kampaniyasında iştirak edib, çoxsaylı orden-medallarla təltif olunub. 36-cı əlahiddə motoatıcı briqadasının komandanı, Yelansk təlim mərkəzinin rəisi kimi hərbi vəzifələrdə işləyib. General Muradov Donbasda gedən hərbi əməliyyatlar zamanı atəşkəsə əməl edilməsinə nəzarət edən monitorinq qrupunun Rusiya tərəfdən üzvü idi və dəfələrlə hərbi əməliyyatlar zonasında olub. Belə monitorinqlərdən biri zamanı generalın olduğu qrup atəş altına düşüb, ancaq xəsarət alan olmayıb. Əslində isə Ukrayna kəşfiyyatının məlumatlarına görə general Muradov Donbassda separatçıların qüvvələrinə komandanlıq edirdi, daha sonra onun adı ATƏT-in monitorinq qrupunun tərkibinə daxil edilib. Donbass əməliyyatlarından sonra general Muradov Rusiya ordusunun Şərq hərbi dairəsinin qərargah rəisi təyin edilib.

Femida.az


Açar sözlər: #Ermənistan   #Rusiya  

Oxunub: 17966