Maşınlardan oğurluq edən bu şəxsdir
12:10 14 Yanvar 2019
Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində avtomobillərdən oğurluq etməkdə təqsirli bilinən Gədəbəy rayon sakini Müşfiq Zeynalov saxlanılıb.
DİN Mətbuat Xidmətindən Femida.az-a verilən xəbərə görə, araşdırma zamanı onun 2018-ci ilin noyabr-dekabr aylarında Xətai rayonunda “Hyundai” və “BMW” markalı iki avtomobilin şüşəsini sındırıraq nəqliyyat vasitələrinin salonundan pul, qiymətli əşyalar, ümumi dəyəri 1800 manat olan 3 ədəd noutbuk oğurladığı məlum olub. Saxlanılan şəxsin zərərçəkənlərə ümumilikdə 3500 manata yaxın maddi ziyan vurduğu məlum olub. M.Zeynalov ifadəsində oğurladığı noutbukları satdığını bildirib.
Qeyd olunan faktlarla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət işi başlanılıb. M.Zeynalov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Polis əməkdaşları M.Zeynalovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai RPİ müraciət edə bilərlər.
Femida.az
Oxunub: 771
Oxşar xəbərlər
- Maşınlardan oğurluq edən şəxs tutuldu
- Maşınlardan oğurluq edən şəxslər tutulub
- Maşınlardan oğurluq edənlər tutulub
- Maşınlardan oğurluq edənlər tutuldu
- Maşınlardan oğurluq edənlər saxlanılıb
- Maşınlardan oğurluq edən şəxs tutuldu
- Maşınlardan oğurluq edən şəxs ələ keçdi
- Maşınlardan oğurluq edənlər tutuldu
- Maşınlardan oğurluq edən tutuldu
- Maşınlardan oğurluq edənlər saxlanılıb