Qaradağdakı ağır qəza ilə bağlı DİN-dən açıqlama


15:09     14 Yanvar 2019 big_1405422456_qeza.jpg

Qaradağda ölümlə nəticələnən yol qəzası baş verib.

DİN-dən Femida.az-a verilən xəbərə görə, yanvarın 13-də saat 13 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində Salyan rayon sakini İsrayıl Qəniyevin idarə etdiyi “Daewoo” və Bakı şəhər sakini Ceyhun Mirzəyevin idarə etdiyi dövlət qeydiyyat nişanları olmayan “İveco” markalı avtomobillər toqquşub, sonradan idarəetməni itirən İ.Qəniyevin avtomobili Qəbələ rayon sakini Sadiq Hacıyevin idarə etdiyi “KamAZ” markalı avtomobilə çırpılıb.

Nəticədə İ.Qəniyev və sərnişinlərindən Çimnaz Gülmalıyeva hadisə yerində ölüb, digər 3 sərnişini xəstəxanaya yerləşdiriliblər. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 318