Azərbaycanda analoqu olmayan qaymaq: 30 fevrala qədər müddəti var


15:49     14 Yanvar 2019 2019/01/1547457392_49213-1547454685_1547466616.jpg

"Xırman” şirkəti istehsal etdiyi "Qaymaq”məhsulun üzərində son istifadə müddətinin 30 fevral göstərilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan fotoşəkilə münasibət bildirib.



Femida.az xəbər verir ki, brendin layihə rəhbəri Leyla Quliyeva Azvision.az -a açıqlamasında məsələdən xəbərdar olduqlarını deyib.
"Lazımi şöbələrə iradlar bildirilib. Keyfiyyətə nəzarət şöbəsinin 2 əməkdaşı məsuliyyətsizliyə görə işdən çıxarılıb. Bu, sırf texniki səhvdir, avadanlıq səhvidir və bunu inkar etmirik. Ərazidən bütün məhsullar yığışdırılır. Buna görə də bütün müştərilərimizdən üzr istəmişik və səhvimizi düzəldəcəyik”.

Qeyd edək ki, həmin məhsul "Qaymaq” qatılaşdırılmış şəkərli südüdür.

Açar sözlər:

Oxunub: 488