Diqqət! Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşdırılacaq


16:57     14 Yanvar 2019 2019/01/721213_1547470106.png

Sumqayıt-H.Z.Tağıyev qəsəbəsinə gedən yol üzərindən keçən dəmir yolu xətlərinin yenilənməsi və təmiri işləri ilə əlaqədar olaraq 15 yanvar tarixində sözügedən yolla hərəkət 1 günlük məhdudlaşdırılacaq.


Femida.az xəbər verir ki, bununla əlaqədar "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi sürücülərə alternativ olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Sumqayıt dairəvi hissəsindən istifadə etmələrini tövsiyə edir.

Femida.az

Açar sözlər:

Oxunub: 648