Göygöldə atasını öldürən gəncin cinayət işi məhkəməyə göndərilib


17:10     14 Yanvar 2019 mehkeme_hakim.jpg

Göygöldə qətl törətməkdə təqsirləndirilən Ramil Quluyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Femida.az-ın Report-a istinadən verdiyi xəbərə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə ötən ilin sentyabrın 16-da Göygöl rayonunun Yeni Qızılca kəndində qeydə alınıb. Həmin kəndə yaşayan Daşkəsən rayon sakini, 2001-ci il təvəllüdlü Eşqin Ramil oğlu Quluyev ailə münaqişəsi zəminində atası, 1980-ci il təvəllüdlü Ramil İsa oğlu Quluyevi balta və bıçaqla qətlə yetirib.

Məlumata görə, R.Quluyev gecə saatlarında həyat yoldaşı ilə mübahisə edib və onu döyüb. Bu zaman R.Quluyevin 17 yaşlı oğlu E.Quluyev atasının başına balta ilə ağır zərbələr endirib. E.Quluyev atasının ona müqavimət göstərdiyini görüb habelə ona bir neçə bıçaq zərbəsi də endirib. R.Quluyev aldığı xəsarətlərdən yerindəcə keçinib.

E.Quluyev polis tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 278