Nigeriyada yük maşını bazara girdi - 15 ölü


17:39     14 Yanvar 2019 nigeriya_2374656.jpg

Nigeriyanın qərbində meydana gələn yol qəzasında 15 nəfər ölüb.

Bu barədə Nigeriya İnformasiya Agentliyi (NAN) xəbər verib. Xəbərə görə, Ekiti əyalətinin İvoroko bölgəsində sürücünün idarəetməni itirməsi nəticəsində yük maşını bazara girib. Qəzada 15 nəfər həyatını itirib, çox sayda adam ağır yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Səlahiyyətlilər ölənlərin sayının arta biləcəyindən narahatlıq duyur. Mənbə: http://eastnews.az/news/32596

Femida.az

Açar sözlər:

Oxunub: 427