UEFA “Qarabağ”a 622 min avro verdi


18:24     14 Yanvar 2019 19_01_14_1547473536.jpg


UEFA “Qarabağ”a pul ayırıb.

Femida.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubu Avropa Liqasının 2018-19-cu il mövsümünün qrup mərhələsində qazandığı qələbəyə görə (səfərdə “Vorskla”nı 1:0 hesabı ilə məğlub edib) 570,000 avro gəlir əldə edib. Bundan başqa, “Qarabağ” turnirdə qələbələrin sayına əsasən, əlavə 52 min avro əldə edib.

Beləliklə, UEFA-dan ayrılmış ümümilikdə 622,000 avro, təxminən 1.2 milyon manat pul vəsaiti AFFA-nın vasitəçiliyi ilə “Qarabağ” klubunun hesabına köçürülüb.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #UEFA   #Qarabağ  

Oxunub: 395