Azərbaycanda əlillik üzrə yeni meyarlar hazırlanıb
19:08 14 Yanvar 2019
Dünya Səhiyyə Təşkilatı və Avropa ölkələrinin standartları əsasında ölkəmizdə əlillik üzrə yeni meyarlar hazırlanıb. Həmin meyarlarda əlillik dərəcəsinin ənənəvi üç qrupu əvəzinə əmək və özünüməşğulluq qabiliyyətinin itirilməsi faizi əsasında qiymətləndirilməsi, sosial reabilitasiya və əmək adaptasiya imkanları nəzərə alınıb.
Əvvəllər hər kəsə xəstəliyin ağırlığı və onun nə dərəcədə məhdudiyyətlər yaratmasından asılı olmayaraq eyni yanaşma tətbiq edilir və bununla da qruplara təyinat aparılırdı.
Femida.az AzərTAc-a istinadən xəbər verir ki, yeni hazırlanan sənəddə isə əlilliyin müəyyən edilməsi sırf orqanizmin funksiyalarını itirilməsi dərəcələri, eləcə də özünə qulluq, qidalanma, sərbəst hərəkət etmə kimi fəaliyyətinin əsas istiqamətlərinin məhdudluq dərəcələri əsasında mümkün olacaq. Daha dəqiq desək, məsələn, I qrup əlilliyi olan şəxslər ən ağır dərəcə pozuntuları olanlar sayılırdısa, yeni yanaşma ilə bu, artıq orqanizmin funksiyalarını itirməsinin 80-100 faizi intervalında qiymətləndiriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Sabir Qocayevin verdiyi məlumata görə, yeni hazırlanan sənədlərdən biri də fərdi reabilitasiya və abilitasiya proqramının qaydalarıdır. Onun dediyinə görə, əlilliyi olan şəxs əlillik dərəcəsi qazandıqdan sonra onunla bağlı fərdi reabilitasiya proqramı tərtib olunacaq. Bura onun tibbi, sosial, texniki və peşə-əmək reabilitasiyaları daxildir və bu sahədə onlarla kompleks iş aparılacaq.
Yeni meyarlarda əsas məqsəd əlilliyi olan şəxsləri cəmiyyətə yenidən inteqrasiyası və onların əmək fəaliyyətinin bərpa edilməsidir. Sənədlər tam qəbul olunduqdan sonra bu sahədə qanunvericilikdə də bir sıra dəyişikliklər nəzərdə tutulub. Bununla yanaşı əlilliyi olan şəxslərə verilən müavinətlərdə də yeni yanaşmalar həyata keçiriləcək.
Oxunub: 386
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib