Alimlərdən xəbərdarlıq: “Yerin Şimal maqnit qütbü yerini dəyişir”
20:24 14 Yanvar 2019
Alimlər Yerin Şimal maqnit qütbünün yerdəyişməsi barədə xəbərdarlıq ediblər.
Bu barədə “Nature” jurnalı məqalə dərc edib. Bu yerdəyişmə isə sürətlə baş verir.
Artıq alimlərə elektron naviqasiya sistemlərinin xəritəsi üçün təcili yenilənmənin işə salınması barədə göstəriş verilib. Tədqiqatçıların sözlərinə əsasən, hazırda Şimal maqnit qütbü Kanadadan Sibir istiqamətində hərəkət edir. Hərəkətin sürəti bir il ərzində 50 km təşkil edir.
Maqnit qütblərinin yerdəyişməsi adi haldır amma bu, əslində çox ləng prosesdir. Məsələn, Cənub maqnit qütbü il ərzində 10 km yer dəyişir. Alimlər hazırda Şimal maqnit qütbünün yerdəyişmə sürətini artıran əsas səbəbi tapa bilmirlər. Ehtimal edilir ki, maqnit qütblərinin hərəkətinə Yerin tərkindəki maye təsir edir. Kanada və Sibirin altındakı axınlar Şimal qütbünə təsir edir. Son məlumatlara əsasən, Sibir nöqtəsi daha güclüdür. Əgər yerdəyişmənin sürəti artmaqda davam etsə, Yerin maqnit qütbləri yerlərini dəyişə bilərlər. Bu isə tarix boyu çox nadir hallarda, bir neçə yüz min ildə bir dəfə baş verib. Amma bu yerdəyişmələr qlobal kataklizmalarla müşayət olunub.
Qütblərin yerdəyişməsi elektrik sistemləri və peyk naviqasiyalarının sıradan çıxması ilə nəticələnə bilər.
Amma ən böyük təhlükə isə başqadır. Maqnitosferin zəifləməsi ilə birlikdə zərərli kosmik radiasiya planetin səthinə düşəcək. Sonuncu dəfə Yerin qütbləri 780 min il əvvəl dəyişib. İlk dəfə Şimal qütbünün anomal hərəkəti 2007-ci ildə müşahidə edilib. O dövrdə mətbuat qütbün Böyük Britaniyaya doğru dəyişdiyini yazmışdı. O vaxtdan etibarən hərəkətin sürəti dəyişməyib və Şimal qütbünün Sibirə doğru hərəkət etdiyi məlum olub. Bir neçə onillikdən sonra qütbün son nöqtəsinə çatacağı ehtimal edilir. (Olke.az)
Oxunub: 1279
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"