1 vəkilin fəaliyyəti dayandırılıb, 4-nə xəbərdarlıq edilib
20:29 14 Yanvar 2019
Yanvarın 14-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib.
Vəkillər Kollegiyasından Femida.az -a verilən məlumata görə, iclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov bu il fevralın 1-dən etibarən order markalarının tətbiqi üçün həyata keçirilən hazırlıq işlərindən danışıb, qarşıdakı dövrdə vəkillərin sayının artırılması ilə bağlı qəbul işinin səmərəli təşkilinin vacibliyini vurğulayıb.
İclasda Sumqayıt Apellyasiya Məhkəməsinin sabiq sədri, Ağır cinayətlərə dair işlər üzrə Hərbi Məhkəmənin sədri, Əməkdar hüquqşünas İkram Kərimov vəkil andı içərək Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilib. Eyni zamanda, Rəyasət Heyətinin qərarına əsasən, bugünkü iclasda yaradılan Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasına rəhbərlik İkram Kərimova tapşırılıb.
Bundan başqa, iclasda yeni vəkil qurumlarının təsis edilməsi ilə bağlı qərarlar qəbul olunub. Belə ki, Bakıda fəaliyyət göstərəcək “Fides”, “Sumqayıt Asan”, Goranboy və Yevlax vəkil bürolarının təsis olunması barədə məsələlərə baxılaraq, müsbət qərarlar qəbul edilib. Vəkillərin mükafatlandırılması, başqa vəkil qurumuna keçmək və vəkilliyə qəbul üzrə də müraciətlərə baxılıb.
İclasda vəkillər barəsində başlanılmış 23 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəyləri də müzakirə edilib. Qanunvericiliyin tələblərini pozduğuna görə 1 vəkilin fəaliyyətinin dayandırılaraq Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət edilməsi barədə qərar qəbul olunub. Həmçinin 1 vəkilə irad, 4 vəkilə xəbərdarlıq verilib, 15 iş üzrə isə pozuntu aşkar edilmədiyi, həmçinin daxil olmuş şikayətlərdəki məlumatlara hüquqi qiymət verilməsi mümkün olmadığı üçün intizam icraatlarına xitam verilib. İki intizam işi üzrə isə əlavə araşdırma aparılması ilə əlaqədar məsələ növbəti iclasda baxılanadək təxirə salınıb.
Vəkillər Kollegiyasının iclasında, həmçinin bu qurumun fəaliyyəti üçün əhəmiyyət kəsb edən digər məsələlərə baxılıb.
Oxunub: 396
Oxşar xəbərlər
- 17 yaşlı oğlan bıçaqlanıb
- 15 il axtarışda olan qadın tutuldu
- 14 şəhidin içində adı “İşçi Nəbiyev” yazılan şəxs kimdir? – Gizli qəhrəman
- 16 noyabrda döyüşlərdən qaçan erməni komandir tutuldu
- 147 abituriyent buraxılış imtaanlarından azad edilib
- 11 yaşında ana olan qızın qardaşı da müəssisəyə yerləşdirilib
- 177 kilometr uça bilən elektrotəyyarə
- 19 yaşlı sürücünün qəzadan sonra DYP əməkdaşlarına ilk sözü bu olub - VİDEO
- 17 kollecə publik hüquqi şəxs statusu verilir
- 102 tələbəyə Prezident təqaüdü verildi - Sərəncam