"Donuz qripinin" qarşısını belə almalı
23:38 14 Yanvar 2019
Vitamin C orqanizmdə immun hüceyrələrini aktivləşdirən ən güclü vitamindir.
Fəsil dəyişikliyi, havaların soyuması, xarici ölkələrdə qrip epidemiyasının qeydə alınması, virus mənşəli epidemiya - donuz, quş qripi və s. ölümcül xəstəliklərə gətirib çıxarır. Lakin hətta qrip epidemiyası zamanı heç də hamı xəstələnmir.
Əgər bir insanın immun sistemi normal fəaliyyət göstərirsə, orqanizmin özünümüdafiə sistemi işə düşür və viruslardan qoruyur.
Femida.az medicina.az-a istinadən bildirir ki, orqanizmdə C vitamini çatışmazlığı infeksiyalara meyillik və yoluxmaya səbəb olur.
Virus infeksiyaları zamanı yüksəkdozalı C vitamini infuziyanın terapevtik faydası sübut olunub.
Yüksəkdozalı C vitamini infuziyasının çoxsaylı farmakoloji xüsusiyyətləri içərisində aşağıdakılar immun sisteminə təsir edərək, virus infeksiyalarının profilaktikasında əhəmiyyətlidir:
-İmmun sisteminin spesifik hüceyrələri olan T helperlərin və neytrofillərin aktivliyini normallaşdıraraq, virus və bakteriyaya qarşı immun cavabı təmin edir
-Komplement sistemini aktivləşdirir
-İnterferon sintezini artırır
-Antioksidant təsir göstərərək immun sistemini aktivləşdirir
Yüksəkdozalı Vitamin C infuziyasından aşağıdakı xəstəliklərin müalicəsində istifadə oluna bilər:
-Qrip, o cümlədən donuz, quş qripi
-Kəskin respirator virus infeksiyaları
-Herpetik infeksiya
-HPV
-Virus hepatitləri A, B, C
-Qızılca
-Məxmərək
-Su çiçəyi
İstifadə qaydası:
Yaşa və göstərişə uyğun dozada venadaxili infuziya şəklində
Həftədə 2-3 dəfə
Femida.az
Oxunub: 346
Oxşar xəbərlər
- Haitidə donuz vəbası yayılıb
- Rusiyada Afrika donuz taununun yeni ocağı aşkarlanıb
- Ermənilərin donuz saxladığı Xan sarayı, dağıdılmış İmarət - FOTOREPORTAJ
- “Məsciddə donuz saxlayanla dostluq edənlər müsəlman deyil” - Komitə rəsmisi
- Qubadlının məscidi donuzxanaya çevrilib - VİDEO
- Məsciddə donuz saxlamaq erməni vandalizminin təsdiqidir - Mübariz Qurbanlı
- Azərbaycandan gedən Çin vətəndaşlarında "donuz qripi" aşkarlanıb
- Ərdoğan: "Hindstanda inək əti yeyən müsəlmanlar öldürülürsə, biz də donuz əti yeyənlərimi öldürək?"
- Bakıda qonşular arasında donuza görə dava düşüb - VİDEO
- Tək gözlü donuz doğuldu (VİDEO)