Nəcməddin Sadıkov Belçikaya gedib


10:55     15 Yanvar 2019 2019/01/trend_necmeddin_sadiqov__1547535413.jpg

Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin Qətiyyətli Dəstək missiyası formatında keçiriləcək görüşdə iştirak etmək üçün Brüssel şəhərinə (Belçika Krallığı) yola düşüb.

Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, tədbir 15-16 yanvar tarixlərində NATO-nun Mənzil-Qərargahında Baş Qərargah Rəisləri səviyyəsində keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 387