İtkin düşən qadın tapıldı


12:16     15 Yanvar 2019 2019/01/zekiyeva_150119_1547540363.jpg

Qubada itkin düşən qadın tapılıb.



DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Femida.az-a verilən məlumata görə, rayonun Amsar kənd sakini, 48 yaşlı Güləbətin Zəkiyeva ötən il oktyabrın 5-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bundan narahat olan ailəsi onun tapılması üçün Quba Rayon Polis Şöbəsinə müraciət edib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs 14 yanvar 2019-ci il tarixdə Xaçmaz rayonu Arzu kənd ərazisində tapılaraq ailəsinə təhvil verilib.



Femida.az

Açar sözlər:

Oxunub: 402