Gənclər Fondunun dəstəyi ilə növbəti layihə keçirildi


12:44     15 Yanvar 2019 2019/01/DSC_0101_1547541801.jpg


Qəbələ şəhərində 30 nəfərdən çox məktəblinin iştirakı ilə “Uğur Fırtınası” layihəsi keçirilib.


Femida.az-ın məlumatına görə, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə ərsəyə gələn layihə 12-13 yanvarda Qəbələ şəhər 5 nömrəli orta məktəbdə baş tutub. Layihə iştirakçıları 9-10-cu sinif şagirdləri olub. Layihənin birinci günü 32 nəfər gənc, özünü kəşf, ünsiyyət bacarıqları, inandırma qabiliyyəti, könüllülük və inkişaf barədə mövzuları əhatə edən interaktiv müzakirələr, təlim və seminarlarda iştirak edib.

Layihənin 2-ci gününü maraqlı edən əsas məqam yüz faiz uğurlu geribildirimlərin alınması olub. Yəni, layihənin sonunda təqdim olunan “Uğur Fırtınası” layihə haqqında rəy formasını iştirakçılar dolduraraq, layihənin onların həyatında mühüm rol oynayacağı faktını yüksək balla qeyd edib.

Layihənin 2-ci günü Karyera planlamasında ilkin mərhələ, liderlik, şəxsi inkişaf və uğur yolu adlı təlimlər və maraqlı müzakirələri ilə davam edib.

Sonra layihəni uğurla başa vuran 30 nəfərə sertifikatlar təqdim olunub.



Femida.az

Açar sözlər: fond   gənclər   Qəbələ  

Oxunub: 708