Qaçqın və köçkünlərə şad xəbər


17:19     20 Oktyabr 2015 692050_455614.jpg


IV çağırış Milli Məclisin bu gün keçirilən son iclasında maliyyə naziri Samir Şərifov millət vəkillərinin 2016- ci ilin büdcə zərfi ilə bağlı səsləndirdiyi təklifləri hökumət adından cavablandırıb.

Femida.az xəbər verir ki, nazir bildirib ki, büdcə ilə bağlı iki günlük iclasda millət vəkilləri tərəfindən bir sıra məsələlər qaldırılıb, təklif və tövsiyələr irəli sürülüb: “Ötən günlər ərzində siz tərəfdən qaldırılan məsələlərin bir çoxuna baxılıb. Bunların bir çoxu büdcə məsələlərinə aid olmamaqla yanaşı, hökumətin sosial - iqtisadi inkişaf konsepsiyasına daxildir. Millət vəkilləri tərəfindən irəli sürülən təkliflərin bir hissəsi nəzərə alınmasa da, onların təklifləri növbəti ilin büdcələrində nəzərə alınacaq. Bununla yanaşı, büdcədə qaçqın və köçkünlərin həyat şəratinin yaxşılaşıdırılması üçün nəzərdə tutulan vəsait 50 faiz artıralaraq 150 milyon manata çatdırılacaq. Bu da DövLət Neft Fondundan daxil olan transfert hesabına həyata keçiriləcək”.

Açar sözlər:

Oxunub: 2382