Kərəm Həsənovun işçisini öldürən qadın - MƏHKƏMƏDƏ


17:32     20 Oktyabr 2015 publika.az1404986369Aqir-Cinayetler-mehkeme-zal-main0.jpg


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini qətlə yetirməkdə təqsirləndirilən Bakı şəhər sakini, 1969-cu il Xalidə Isgəndoravının cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Femida.az-ın
verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sərdliyi keçirilən prosesdə hazırlıq iclası baş tutub.

Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Müdafiə tərəfinin vəkilləri cinayət işinin materialları ilə tanış olmadıqlarına görə məhkəmədən vaxt istəyiblər.

Məhkəmənin hazırlıq iclası noyabrın 2-də davam etdiriləcək.

Qeyd edək ki, qətl hadisə bu il may ayında Babək prospekti ev 17-də baş verib. 1964-cü il təvəllüdlü İsgəndərov Füzuli Haqverdi oğlu yaşadığı evin yaxınlığında amansızlıqla öldürülüb.

Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisənin mərhumun həyat yoldaşı Xalidə İsgəndərova tərəfindən törədildiyi məlum olub. X.İsgəndərova şübhəli şəxs qismində saxlanılıblar.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, qətlə yetirilən F.İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət reyestri Xidmətinin rəis müavini olub.

Onun, həm də sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlu olduğu bildirilir.

Açar sözlər:

Oxunub: 1309