Aqrar Xidmətlər Agentliyinin fəaliyyət sahəsi AÇIQLANDI
15:58 15 Yanvar 2019
“Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi aqrar siyasətin tərkib hissəsidir.
Femida.az xəbər verir ki, fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş 4 qurumun - Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Aqrar Xidmətlər Agentliyi yaradılıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi
a) baytarlıq və fitosanitar xidmətlərin təşkilini, idarə edilməsini və keyfiyyətinə nəzarəti;
b) kənd təsərrüfatı texnikasının qeydiyyatını, texnikaya nəzarət fəaliyyətini və bu sahədə dövlət xidmətlərini;
c) aqrokimya, toxum və bioloji laboratoriyalar, sort sınaq məntəqələri, toxum sertifikatlaşma mərkəzlərində xidmətlərin təşkili və göstərilməsinə nəzarəti
həyata keçirəcək.
Ləğv olunan qurumların digər funksiya, hüquq və vəzifələri də yeni Agentliyə keçir.
Nazirliyin tabeliyində olmuş 4 qurumun əsasında Aqrar Xidmətlər Agentliyinin yaradılması optimallaşmanı, çevik və səmərəli idarəetməni təmin edəcək. Həyata keçirilən islahatlar aqrar sektorda innovativ həllərin tətbiqinə imkan verəcək, elektron xidmətlərə keçidi sürətləndirəcək və şəffaflığı daha da artıracaq.
İslahatlar nəticəsində aqrar xidmətlərdə vahid standartlar tətbiq olunacaq. Bu addımlar dövlət xidmətlərini fermerlər üçün daha əlçatan edəcək. Xidmətin keyfiyyətinə daim nəzarət olunacaq.
Bu xidmətlər Dövlət Aqrar İnkişaf Mərkəzləri vasitəsilə göstəriləcək, Agentlik bu sahədə DAİM-lərin fəaliyyətini əlaqələndirəcək.
Hazırda DAİM-lərdə fermerlərə müxtəlif fəaliyyət növləri üzrə 70-dək xidmət göstərilir. Aparılan struktur dəyişiklikləri ilə əlaqədar bu xidmətlərin sayı daha da artacaq.
İmzalanan Fərman aqrar sahədə mövcud çağırışlara cavab verir və vətəndaş məmnunluğunu artırmağa hədəflənib.
Oxunub: 802
Oxşar xəbərlər
- Aqrar Universitetin statusu dəyişib
- Aqrar Kredit və İnkişaf Agentliyinin hüquq və öhdəlikləri artırılıb
- Aqrar Kredit və İnkişaf Agentliyinin səlahiyyətləri artırılıb
- Aqrar Kredit və İnkişaf Agentliyinə yeni səlahiyyət verilib
- Aqrar Sığorta Fondunun Nizamnamə kapitalı və idarəetmə orqanları müəyyənləşib
- Aqrar Xidmətlər Agentliyi 38 nəfəri işə götürüb
- Aqrar Xidmətlər Agentliyinin mətbuat katibi işdən çıxıb
- Aqrar Xidmətlər Agentliyinin əsasnaməsi təsdiqlənib - FƏRMAN
- Aqrar xidmətlər elektronlaşdırılacaq
- Aqrar Xidmətlər Agentliyinə sədr təyin olundu