Ermənistanda “donuz qripi”: ölənlərin sayı artır


18:12     15 Yanvar 2019 2019/01/Clipboard01-(4)_1547556774.jpg

Ermənistanın Səhiyyə Nazirliyi ölkədə H1N1 virusundan (donuz qripi) ikinci ölüm halının qeydə alındığını açıqlayıb.

Femida.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, 62 yaşlı kişi qriplə əlaqədar fəsadlaşma nəticəsində ürək çatışmazlığından vəfat edib.

Həmin şəxsin qanında A virusunun H1N1 tipi aşkarlanıb. Kişi xəstəxanaya gec müraciət etdiyindən həkimlər ölümünün qarşısını ala bilməyib.

Ötən həftə isə bir erməni qadın qriplə əlaqədar ölmüşdü.

Ermənistan Səhiyyə Nazirliyi qrip və kəskin respirator xəstəliklərlə bağlı artım tendensiyasını təsdiq edərək, yanvarın 14-nə kimi kəskin respirator-viruslu infeksiyalar diaqnozu ilə xəstəxanalara 1080 nəfərin müraciət etdiyini bildirib. Hazırda xəstəxanalarda 837 vətəndaş müalicə keçir, onlardan 95 faizini uşaqlar təşkil edir.

Açar sözlər:

Oxunub: 394